Qəbələdə zirvə döyüşü
Bizi izləyin

İdman

Qəbələdə zirvə döyüşü

Qəbələdə zirvə döyüşü

Azərbaycan Premyer Liqasının 20-ci turunun mərkəzi oyunu Qəbələdə keçiriləcək. Yerli “Qəbələ” ilə Ağdam “Qarabağ”ının mübarizəsi turnir cədvəlində liderin müəyyən olunması baxımından çox əhəmiyyətlidir.

Ötən tur “Qarabağ”ın ev oyununda “Xəzər Lənkəran”a məğlub olaraq xal itirməsindən maksimum faydalanan “Qəbələ” turnir cədvəlinin vahid lideri oldu. Ötən tur “Neftçi”nin də qələbə qazanması ilə birdən-birə iki pillə geri düşən ağdamlılar yenidən turnir cədvəlinin lideri olmaq üçün səfər oyununda mütləq qələbə qazanmalı və “Neftçi”nin çətin Lənkəran səfərində xal itirməsini gözləməlidir.

Publika.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, komandaların qarşıdurmasında “Qarabağ” üstünlüyə malikdir. 10 dəfə rəqibini məğlub edən ağdamlılar, 7 dəfə xalları bərabər bölüb, 5 oyunda isə “Qəbələ” meydanı 3 xalla tərk edib. Qeyd edək ki, “Qəbələ” artıq 5 oyundur ki, “Qarabağ”ı məğlub edə bilmir.

Bu oyunlarda cəmi 1 xal toplaya bilən “Qəbələ” buna ötən mövsüm ev oyununda nail olub. Komandalar arasında bu mövsüm keçirilən hər iki oyunda ağdamlılar sevinib (1:0, 4:3). Hər iki komandanın heyətində cəzalı futbolçunun olmaması məşqçiləri sevindirməyə bilməz. “Qəbələ”nin əsas qol silahı Daniel Subotiç də artıq cəzasını başa vurub və əsas heyətdə yer alacağı gözlənilir.

Bütün qarşılaşmaların statistikası:

20.08.2006 Gilan (Qəbələ) - Qarabağ (Ağdam) 0:2

22.02.2007 Qarabağ (Ağdam) - Gilan (Qəbələ) 3:2

06.10.2007 Qəbələ - Qarabağ (Ağdam) 1:2

13.04.2008 Qarabağ (Ağdam) - Qəbələ 2:1

20.09.2008 Qəbələ - Qarabağ (Ağdam) 1:2

15.03.2009 Qarabağ (Ağdam) - Qəbələ 0:0

23.09.2009 Qarabağ (Ağdam) - Qəbələ 0:0

06.12.2009 Qəbələ - Qarabağ (Ağdam) 1:1

21.03.2010 Qəbələ - Qarabağ (Ağdam) 3:1

24.04.2010 Qarabağ (Ağdam) - Qəbələ 1:1

25.09.2010 Qəbələ - Qarabağ (Ağdam) 2:1

13.02.2011 Qarabağ (Ağdam) - Qəbələ 3:0

27.08.2011 Qarabağ (Ağdam) - Qəbələ 0:1

21.12.2011 Qəbələ - Qarabağ (Ağdam) 0:0

18.03.2012 Qarabağ (Ağdam) - Qəbələ 1:1

14.04.2012 Qəbələ - Qarabağ (Ağdam) 1:0

31.10.2012 Qarabağ (Ağdam) - Qəbələ 1:2

10.02.2013 Qəbələ - Qarabağ (Ağdam) 1:1

30.03.2013 Qarabağ (Ağdam) - Qəbələ 1:0

28.04.2013 Qəbələ - Qarabağ (Ağdam) 0:2

25.08.2013 Qəbələ - Qarabağ (Ağdam) 0:1

03.11.2013 Qarabağ (Ağdam) - Qəbələ 4:3

Oxumağa davam et
Reklam
Reklam

Gündəm