İdman
Şəhriyar Məmmədyarov Aleksandr Qrişuklə sülh bağladı
Bakıda keçirilən şahmat üzrə Qran-Prinin 5-ci turunda Şəhriyar Məmmədyarovla Aleksandr Qrişuk heç-heçə oynayıb.
Publika.az xəbər verir ki, oyundan sonra zəka sahibləri açıqlama veriblər.
Şəhriyar Məmmədyarov:
"İstirahət günü şahmatdan uzaq olmağa çalışdım. Bir qədər dincəlmək istəyirdim. İlk dəfə turnir zamanı oteldə nahar etdim. Oyun günləri səhər məşq etdiyim üçün yeməyə çatmırdım. Axşam isə nəticəyə görə əhvalım pis olurdu və nahara getmirdim. Fürsətdən istifadə edib istirahət günü dostumun toyuna getdim. Oyuna gəldikdə debütdən sonra üstünlüyüm olmadı. Əksinə rəqib müəyyən mənada üstünlük qazandı. Hər ikimizə tanış oyun təkrarlanırdı. Oyun heç-heçəyə gedirdi və buna görə nəticə oyuna görə oldu. Növbəti turlarda nəticəyə oynamalıyam. Lazım olanda risk etməliyəm. Artıq mənim üçün itiriləsi heç nə yoxdur. Sözsüz, qarşıda 6 tur var və turnirdəki mövqeyimi dəyişməyə imkanım olacaq."
Aleksandr Qrişuk: "Oyunun heç-heçəyə getdiyi məlum idi. Hiss olunurdu ki, heç-heçə olacaq. Təhlil olunan və hazırlığa əsasən gedişlər edirdim. Xoşagəlməz hallar oldu. Üstünlüyüm olsa da, istifadə edə bilmədim. Şəhriyar partiyanı heç-heçəyə daşıdı. Bu mənada nəticə hər ikimizi razı saldı. Hər halda üstünlükdən istifadə edə bilmədim. İstirahət günü otağımda dincəldim. Yatdım və turnir haqda fikirləşdim. Növbəti tura daha yaxşı hazırlaşacam."
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu