Ebola virusundan qorxub ölkədən qaçdı
Bizi izləyin

İdman

Ebola virusundan qorxub ölkədən qaçdı

Qvineya milli klomansının futbolçusu Lass Banqura yığmanın düşərgəsindən qaçıb.


Qaçma səbəbi isə futbolçunun Eboladan qorxması olub.

İspaniyanın "Rayo Valyekano"sunda çıxış edən oyunçuya klubdan əvvəlcədən "milli komandaya getmə!" məsləhəti verilib.

Lakin futbolçu millinin düşərgəsinə getdikdən dərhal sonra oradan qaçıb. Banquranın yığmanın düşərgəsini tərk etməsinin səbəbi kimi də Ebola virusundan qorxduğu göstərilir.

Xatırladaq ki, Qvineya Ebola virusunun ən çox yayıldığı ölkələrdən biridir. Ancaq Qvineya millisinə dəvət alan futbolçulardan heç biri Banqura kimi, virusun onlara yoluxacağı qorxusunu yaşamayıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm