Futbol matçı boks meydanına döndü – VİDEO
Bizi izləyin

İdman

Futbol matçı boks meydanına döndü – VİDEO

Argentina çempionatının 3-cü divizionunda xoşagəlməz olay yaşanıb.

"Sipoletti" - "Deportivo Roca" futbol matçı boks meydanına dönüb.

Publika.az-ın verdiyi məlumata görə, baş hakimin 12 qırmızı vərəqə göstərdiyi qarşılaşma sonadək davam etməyib.

Hər şey isə "Sipoletti"nin qırmızı vərəqə alan futbolçusu Lamolyanın rəqibə hücum etməsi ilə başlayıb. Daha sonra meydandakı digər oyunçular da yumruq davasına girişiblər. Nəticədə referi hər iki komandadan 10 nəfəri meydandan qovandan sonra görüşü dayandırıb.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm