Boksçularımız Xorvatiyada döyüşə başlayır
Bizi izləyin

İdman

Boksçularımız Xorvatiyada döyüşə başlayır

Bu gün Xorvatiyanın paytaxtı Zaqrebdə boks üzrə gənclər arasında Avropa birinciliyinə start verilir.

Azərbaycan Boks Federasiyasından Publika.az-a verilən məlumata görə, yarışda 41 ölkənin 233 boksçusu mübarizə aparacaq.

Milli komandamız baş məşqçi Şamil Alimzanov, məşqçilər Natiq Talıbov və İlham Alimzanovun rəhbərliyi altında turnirdə tam heyətlə təmsil olunur.

Millimizin heyətində dünya birinciliyinin bürünc mükafatçısı Məsud Yusifzadə (52 kq), yeniyetmələrin II Olimpiya oyunlarının iştirakçısı Məhəmmədəli Tahirov (91+kq) kimi təcrübəli boksçular var. Digər çəki dərəcələrində Elşən Abbasov (49 kq), Tayfur Əliyev (56 kq), Nurlan Nağıyev (60 kq), İsmayıl Hüseynov (64 kq), Roman Zakirov (69 kq), Şamil Əliyev (75 kq), Orxan Əliyev (81 kq) və Şükran Mehdiyev (91 kq) mübarizə aparacaqlar. Yarışda ölkəmizi hakim kimi Emin Qurbanəliyev təmsil edir. Avropa birinciliyinə oktyabrın 25-də yekun vurulacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm