İdman
Hansı güləşçilərimiz reytinq cədvəlində yer aldı?
Dünya Güləş Birliyi (UWW - United World Wrestling) təqvim planı üzrə sentyabrda keçirilən Dünya çempionatı və Asiya Oyunlarının nəticələrinə əsasən, bütün güləş növlərində güləşçilərin reytinq siyahısını açıqlayıb.
Yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı daxil
edilib. Ən yaxşı göstərici Dünya çempionatının gümüş mükafatını
qazanan Saman Təhmasibiyə (85 kq) məxsusdur. O, reytinqdə də 2-ci
yerdədir. Dünya çempionatının bürünc mükafatçıları Rəsul Çunayev
(71 kq) 3-cü, Elvin Mürsəliyev (75 kq) 5-ci yerdə qərarlaşıb. Dünya
çempionatını 5-ci sırada tamamlayan Həsən Əliyev (66 kq) isə
reytinqdə 7-ci pillədə qərarlaşıb.
Qadın güləşçilərin reytinq sıralamasında 4 güləşçimizin adı var.
Dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq)
reytinqdə də ikinci sırada qərarlaşıb. Dünya çempionatında bürünc
medal qazanan Mariya Stadnik isə, reytinqdə 4-cü sıradadır.
Sərbəst güləşçilərimizdən 11 nəfəri Dünya Güləş Birliyinin son
reytinq siyahısında öz yerlərini tutub. Ən yüksək göstərici isə,
dünya çempionu Hacı Əliyevə (61 kq) məxsusdur. Hacı Əliyev
Daşkənddə öz çəkisində bütün rəqiblərindən üstün olmaqla reytinqdə
də ilk sırada qərarlaşıb. Dünya çempionatının gümüş mükafatını
qazanan Xetaq Qazyumov (97 kq) isə reytinqdə ikincidir.
Yunan-Roma güləşi |
Sərbəst güləş |
Qadın güləşi |
Qeyd: Mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR