Soçi olimpiadasında Gürcüstan təhqir edildi
Bizi izləyin

İdman

Soçi olimpiadasında Gürcüstan təhqir edildi

Soçi olimpiadasında Gürcüstan təhqir edildi

Soçi olimpiadasının açılış mərasimində yarışmaya qatılan gürcü idmançıların arenaya girdiyi zaman təqdim olunan xəritədə Gürcüstanın ərazi bütövlüyü şübhə altına alınıb.

“Axar.az” xəbər verir ki, bu barədə informasiyanı Gürcüstan mətbuatı yayıb. Gürcü mediası və siyasi ekspertlərinin iddiasına görə, xəritədə Abxaziya və Cənubi Osetiya Gürcüstanın tərkibində göstərilməyib.

Açılış mərasiminin getdiyi bir vaxta "İmedi" telekanalının canlı efirə gedən "Mövqe" tok-şousunun qonağı olan Gürcüstanın xarici işlər naziri Maya Pancikidze insindentlə bağlı verilən sualların qarşısında aciz qalıb.

O, veriliş iştirakçılarını bunu təxribat kimi qəbul etməməyə çağırıb və söz verib ki, məsələyə mütləq aydınlıq gətiriləcək.

Videodan da göründüyü kimi, xəritənin Abxaziya və Cənubi Osetiya olan hissələri qəribə dumanla "örtülüb". Videonu təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm