Azərbaycanlı döyüşçü 20-ci dəfə dünya çempionu oldu – FOTOLAR
Bizi izləyin

İdman

Azərbaycanlı döyüşçü 20-ci dəfə dünya çempionu oldu – FOTOLAR

“Ağ canavar” ləqəbli Eduard Məmmədovun növbəti döyüşə çıxdığı barədə məlumat vermişdik.

Ən titullu idmançı statusunu qoruyan "Neftçi" İSM-in idmançısı Məmmədov növbəti dəfə çempion olmağı hədəflədiyini demişdi.

O, 20-ci dəfə dünya çempionu tituluna sahib olmaq üçün İtaliyaya yollanmışdı. (http://publika.az/p/48978)

Publika.az- xəbər verir ki, idmançımız növbəti çempionluğu yaşayıb. 20-ci dəfə dünya çempionu adına layiq görülüb. Eduard Məmmədov İtaliyanın Toskana şəhərində baş tutan WKA versiya üzrə dünya çempionatda (Unified World Championships) rəqiblərindən üstün olmağı bacarıb.

Məmmədov Publika.az-a belə danışdı:

“20-ci dəfə dünya çempionu olduğum üçün çox sevinirəm. Kikboks üzrə 60 kq-da “lou-kik” (low-kick) stilində döyüşürdüm. Braziliyalı, ispan və finalda ukraynalı rəqiblərimə qalib gələrək növbəti çempionluğu əldə etdim”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm