Pikenin oynamamağının səbəbi bəlli oldu
Bizi izləyin

İdman

Pikenin oynamamağının səbəbi bəlli oldu

"Barselona"nın futbolçusu Pikenin son matçlarda oynamamasının səbəbi bəlli olub.

Publika.az xəbər verir ki, Luis Enrikenin bu qərarı intizam məsələlərilə bağlıdır. Baş məşqçi Kataloniya Superkuboku uğrunda "Espanyol"la oynanılan matçda Pikenin əvəzedicilər skamyasında oturaraq bütün qarşılaşma boyunca telefonla oynamasından narazı qalıb.

Luis Enrike həmçinin Mark Bartranın hərəkətlərindən də məmnun deyil.

Məlumat üçün bildirək ki, Pikenin adı "Barselona"nın "Selta" və "Ayaks"la oynadığı görüşlərdə sifariş ərizəsinə daxil edilməmişdi.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm