Hakim cəzalandırdığı futbolçudan üzr istədi
Bizi izləyin

İdman

Hakim cəzalandırdığı futbolçudan üzr istədi

Fransa Liqasının son turunda baş tutan PSJ - "Marsel" oyununun hakimi Klement Turpin gündəmə gəlib.

Publika.az-ın verdiyi məlumata görə, referi matçın 78-ci dəqiqəsində qonaq futbolçu Ginelli İmbulanı haqsız yerə meydandan qovduğunu boynuna alıb.

Turpin görüşün videoyazısını izləyərkən raportunda epizodu düzgün dəyərləndirmədiyini və İmbulaya qırmızı vərəqə göstərməməli olduğunu etiraf edib. Referi səhvən meydandan qovduğu futbolçudan üzr istəyib.

PSJ ilə oyunda birbaşa qırmızı vərəqə alan "Marsel"in 22 yaşlı futbolçusu cəzalı duruma düşüb. Onun neçə oyun komandasına kömək edə bilməyəcəyi hələlik bəlli deyil.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm