İdman
UEFA FİFA-dan ayrılır?
FİFA DÇ-2018 və DÇ-2022-nin keçiriləcəyi ölkələrin müəyyənləşdirilməsi zamanı korrupsiya faktlarıyla bağlı apardığı araşdırmanın nəticələrini dərc etmək istəmir.
Bu da radikal addımların atılmasıyla nəticələnə bilər.
Publika.az xəbər verir ki, belə xəbərdarlıqla Almaniya Futbol Liqasının rəhbəri Raynhard Raubal çıxış edib. O qeyd edib ki, UEFA-nın FİFA-nın tərkibindən çıxması üçün zəmin yaranıb:
“Hesab edirəm ki, araşdırmaların nəticələri tam şəkildə dərc olunmazsa, o zaman UEFA FİFA-nın tərkibindən çıxmaq məsələsinə baxmalıdır. Araşdırmalar zamanı əldə olunan bütün məlumatlar tam şəkildə açıqlanmalıdır. Bu addım FİFA-nın özünə qarşı etimadı qoruyub saxlamaq üçün yeganə imkandır. FİFA-ya təsir etmək üçün UEFA-nın onun tərkibindən çıxması da mümkündür. Belə variant ciddi şəkildə müzakirə olunmalıdır. Rusiya və Qətərin ərizələriylə bağlı araşdırmalar qurumun əsasını sarsıdır. Belə bir şey tarixdə heç vaxt olmayıb”.
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər