“O, Messini məhv edəcək”
Bizi izləyin

İdman

“O, Messini məhv edəcək”

"Arsenal"ın baş məşqçisi Arsen Venger mətbuata Lionel Messi və Kriştiano Ronaldo arasındakı rəqabətdən söhbət açıb.

Publika.az-ın məlumatına görə, o, Ronaldonun vurduğu qollarla Messiyə təsir edəcəyini deyib:

“Messi, Ronaldonun daha çox qol vurduğunu görür və bu, onun döyüşkən ruhuna təsir edir. O, Ronaldonun tempinə dözə bilməyəcək və sonda bu, onu bədbəxt edəcək.

Ən yaxşı oyunçular klubda böyük üstünlüyə malik olurlar. Əgər məşqçi ilə ən yaxşı oyunçu arasında normal münasibət varsa, bu zaman məşqçi daha güclü ola bilər. Ancaq əgər məşqçi onu qaydaya sala bilmirsə, bu, bütün komandanı zəiflədir”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm