Nazir saqqal saxlayan idmançılara dəstək oldu: “Heç kimin şəxsi işinə qarışmaq olmaz”
Bizi izləyin

İdman

Nazir saqqal saxlayan idmançılara dəstək oldu: “Heç kimin şəxsi işinə qarışmaq olmaz”

Son vaxtlar saqqallı futbolçulara qarşı işlədilən ifadələr, bütün ölkələrdə olduğu kimi, Türkiyədə də gündəmi zəbt edib.

“Gənclərbirliyi” futbol klubunun prezidenti İlhan Cavcavın açıqlaması isə ölkədə ajiotaj yaradıb. O, məşqlərə saqqalı gələn futbolçuları 9000 dollar məbləğində cərimə olunacağını bildirmişdi.

Hətta TFF-nin rəhbərliyindən, ümumiyyətlə, Türkiyə çempionatında oyunçuların saqqal saxlamasına qadağa qoyulmasını təklif edib.

Publika.az-ın Türkiyə mətbuaına istinadən verdiyi xəbər görə, bu məsələ parlamentdə də müzakirə edilib. Türkiyənin gənclər və idman naziri Akif Kılıçın açıqlaması bütün idmançıların ürəyincə olub. Belə ki, o, futbolçunun zahiri görünüşünə müdaxilə etməyin yersiz iş olduğunu bildirib:

“Futbolçu meydana necə çıxacaqsa, buna özü qərar verməlidir. Heç kimin başqa birinin şəxsi işlərə qarışmağa haqqı yoxdur”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm