Ronaldonun “Rolls Royce” avtomobili qalmaqal yaratdı – VİDEO
Bizi izləyin

İdman

Ronaldonun “Rolls Royce” avtomobili qalmaqal yaratdı – VİDEO

Ulduz futbolçu Ronaldonun “Real”ın Valdebebas bazasına yeni aldığı lüks avtomobili “Rolls Royce” ilə gəlməsi İspaniyada qalmaqalın yaranmasına səbəb oldu.

Bu hadisə İspaniya mətbuatının gündəminə düşüb.

Publika.az xəbər verir ki, jurnalistlər ulduz futbolçunun məşqə “Rolls Royce” avtomobili ilə gəlməsinə sərt reaksiya veriblər.

Bu cür dəbdəbəli maşınla məşqə gəlməyin uyğunsuz olduğunu qeyd edən bəzi jurnalistlər futbolçunu düz hərəkət etməməkdə günahlandırıblar.

İddiaya görə, kluba dost mətbuat orqanları isə futbolçunun tərəfini saxlayıb.

Onlar Ronaldonun bir kral olduğunu və bu avtomobilin krallara yaraşdığını bildiriblər.

Portuqaliyalı ulduz isə bu tənqidlərə cavab olaraq məşqlərə bundan sonra da “Rolls Royce” ilə gələcəyini deyib.

Qeyd edək ki, daha əvvəl də lüks maşın həvəskarı Ronaldonun bahalı avtomobillər üçün 3 milyon avroluq qaraj inşa etdirdiyi bildirilirdi.

Bundan əlavə, Ronaldo lüks avtomobillərinin sığortası üçün kasko şirkətinə ildə 100 min avro pul ödəyir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm