İdmançı top zərbəsindən həlak oldu - VİDEO
Bizi izləyin

İdman

İdmançı top zərbəsindən həlak oldu - VİDEO

Kriket üzrə Avstraliya millisinin oyunçusu Phillip Hughes boyun nahiyəsinə dəymiş güclü top zərbəsindən vəfat edib.

Publika.az-ın məlumatına görə, hadisə Sidneydə keçirilən kriket matçı zamanı baş verib. 25 yaşlı kriketçi aldığı güclü top zərbəsindən yerə yıxılaraq huşunu itirib. Meydançaya çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılan idmançını həyata qaytarmaq mümkün olmayıb.

Həkim Peter Brukner gənc kriketçinin faciəvi təsadüf nəticəsində öldüyünü qeyd edib. Onun sözlərinə görə, güclü top zərbəsi idmançının boynu ilə kəllə sümüyü birləşən nöqtəyə dəyib. Nəticədə Fillip Hugesin onurğa arteriyası partlayıb və beyninə qan sızıb. Həkim belə zədələrin çox nadir hal sayıldığını qeyd edib.

Avstraliya Baş naziri Tony Abbott idmançının faciəvi ölümü ilə bağlı ailəsinə başsağlığı verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm