Üç çətin “imtahan” - Qalmaqal olacaq
Bizi izləyin

İdman

Üç çətin “imtahan” - Qalmaqal olacaq

Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək. Həftənin oyunları 2 gün ərzində baş tutacaq.

Tura Bakıda start veriləcək. “Bakı” evdə “İnter”i qonaq edəcək. Autsayderlər sırasında qərarlaşan “zolaqlılar” doğma meydanda güclü rəqibə qarşı müqavimət göstərməyə çalışacaq.

Publika.az digər oyunları diqqətinizə çatdırır:

29 noyabr (şənbə)

14:00. “Bakı” – “İnter”

Hakimlər: Elvin Əsgərov, Rahil Ramazanov, Namiq Hüseynov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Xaqani Məmmədov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

15:00. AZAL – “Sumqayıt”

Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Akif Məmmədov
“AZAL Arena”

17:00. “Neftçi” – “Qəbələ”

Hakimlər: İnqilab Məmmədov, Mehman Mahmudov, Nahid Əliyev, Mahir Məmmədov
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Rövşən Əhmədov
8-ci kilometr stadionu

Qeyd edək ki, Zaqatalada keçirilən "Simurq" - "Neftçi" (1:0) matçının fasiləsində qalmaqal baş vermişdi. “Neftçi"nin prezident müşaviri Elnur Əşrəfoğluyla Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov arasında insident yaşanmışdı. Əşrəfoğlu Zaqatalada komitə sədrini təhqir etmişdi. Özü isə bu barədə saytımıza belə açıqlama vermişdi:

“Xaqani Məmmədova da dediyim sözlərin də arxasında dayanıram. Bir daha bildirirəm ki, o, işinin öhdəsindən gəlmir”. (http://publika.az/p/52594 )

Maraqlıdır, bu dəfə hansı klubumuz hakim saxtakarlığından şikayət edəcək? Hansı matçda qalmaqal baş verəcək?
Yaşayarıq, görərik.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm