Messinin başına butulka atdılar - VİDEO
Bizi izləyin

İdman

Messinin başına butulka atdılar - VİDEO

İspaniya La Liqasının 13-cü turunda “Valensiya” - “Barselona” qarşılaşmasında (0:1) insident yaşanıb.

Publika.az xəbər verir ki, tribunadan qonaq komandanın ulduz futbolçusu Lionel Messinin başına butulka atılıb. Hadisə oyunun uzatma dəqiqələrində baş verib. Busketsin qolundan sonra sevincini bölüşmək üçün künc bayrağı tərəfə gələn Messinin başına plastik suqabı atılıb.

Bu epizod hakimlərin diqqətindən kənarda qalsa da, telekameraların obyektivinə düşüb.

“Valensiya” rəhbərliyi həmin azarkeşi tapmaq üçün maksimum güclə çalışdığını bəyan edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm