7 yaşlı azərbaycanlı vunderkinddən xəbər var
Bizi izləyin

İdman

7 yaşlı azərbaycanlı vunderkinddən xəbər var

WMMAF və MMA üzrə Respublika kuboku keçirilib.

Yarışda 100-ə yaxın idmançı öz gücünü sınayıb.

Turnirdə Bakını “Vin-Çun”, “Qarabağ”, “Məhəmmədəli”, “Ağsu İdman klubu”, “Sumqayıt”, “Kontakt Karate”, “Neftçi” və “Qara Bəbir” komandaları, rayonlardan "Abseron”, “Xaçmaz”, “Lənkəran”, “Cəbrayıl”, “Qubadlı”, “Laçın” və “Ağsu” komandaları iştirak edib.

Komanda hesabında nəticələr belə olub:

1-ci yer: Lənkəran

2-ci yer: Xaçmaz

3-cü yer: Vin-Çun

4-cü yer: Məhəmmədəli

Dünya çempionu, 7 yaşlı Saday Qasımzadə fəxri kürsünün turnirin xüsusi kuboku ilə təltif edilib.

Qeyd edək ki, Sadayın məşqçisi qaydasız döyüş növü üzrə idmançı olan əmisi Natiq Qasımzadədir. 7 yaşlı Saday həm dünya kubokunun qalibi, həm də dünya çempionu olub.

Xatırladaq ki, Sadayın Dünya kubokunun qalibi olması təkcə ölkəmizin yox, Türkiyə mətbuatının da diqqətini cəlb etmişdi.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm