Füzuli Ələkbərovun federasiyasında səbir kasası doldu, dava salanlar var - ÖZƏL
Bizi izləyin

İdman

Füzuli Ələkbərovun federasiyasında səbir kasası doldu, dava salanlar var - ÖZƏL

Son vaxtlar Cüdo Federasiyasında axsamaların olması barədə məlumat vermişdik. İdmançıların yarışlarda əvvəlki nəticələri göstərməməsi qurum daxilində də böyük narazılıqlar yaratmışdı. Hətta Cüdo Federasiyasının uğursuzluğu rəhbərliyin də qəzəbinə səbəb olub. (http://publika.az/p/48810)

Füzuli Ələkbərovun qalmaqallı federasiyasında etiraz sədaları da baş qaldırmışdı. Etirazın səbəbi maaş problemi idi. (http://publika.az/p/50389)

Publika.az Füzuli Ələkbərovun federasiyası ilə bağlı yeni xəbər əldə edib. Aldığımız məlumata görə, Cüdo Federasiyasının rəhbərliyi maaş problemini aradan qaldırmağa cəhd edir. Belə ki, qurumun bəzi üzvlərinin, hətta bəzi idmançıların maaşları ödənməyə başlanıb. Amma borcların çox az hissəsi qaytarılıb. Digərlərinə isə “səbr etmək” tövsiyə olunub.

Ancaq deyəsən idmançıların səbr kasası dolub.

Aldığımız digər məlumata görə isə bu dəfə millinin idmançıları baş məşqçi Hacıağa Hacıəhmədovdan şikayət edib. Onun işindən, məşqçidən heç də razı deyillər. Bəzi adının çəkilməsini istəməyən idmançılar onun millinin baş məşqçi postuna yaraşmadığını deyib.

Cüdoçular Ağayar Axundzadəni Hacıağa Hacıəhmədovdan şükürlü sayıblar. Hətta keçmiş baş məşqçi Peter Zayzenbaherin yersiz yerə millidən uzaqlaşdırıldığını deyiblər. Çünki onun məşqçiliyi çox bəyənilib.

Xatırladaq ki, Cüdo üzrə milli komandanın baş məşqçisi Hacıağa Hacıəhmədov və Ağayar Axundzadə arasında növbəti dəfə dava olmuşdu. (http://publika.az/p/8389)

Belə ki, Hacıağa Hacıəhmədovun milliylə məşqi zamanı Ağayar Axundzadə müdaxilə edib, göstəriş verməyə çalışıb. Bu hərəkət işini görməyə çalışan Hacıağa müəllimin heç də xoşuna gəlməyib.

Bu zaman onlar arasında mübahisə yaşanıb. Verilən məlumata görə, mübahisə edən tərəfləri idmançılar sakitləşdiriblər. (http://publika.az/p/50746)

Bununla bağlı digər tərəfin də mövqeyini öyrənməyə hazırıq...

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm