AFFA prezidenti Prosineçkidən nə gözləyir?
Bizi izləyin

İdman

AFFA prezidenti Prosineçkidən nə gözləyir?

AFFA prezidenti Rövnəq Abdullayev İcraiyyə Komitəsinin bu gün keçirilən iclasından sonra qəbul edilən qərarlarla bağlı danışıb.

Publika.az xəbər verir ki, federasiya prezidenti Robert Prosineçkinin milliyə baş məşqçi təyin olunmasına və digər məsələlərə münasibət bildirib:

“İclasda Klublar Komitəsi yaradıldı. Bu onun üçün yaradıldı ki, klublar bir-biriylə yaxınlaşsınlar. Onların arasında dostluq münasibətləri olsun. Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət millinin baş məşqçisi məsələsi müzakirə olundu. Ancaq qərara gələ bilmədik. U-21-in baş məşqçisi də bizə əsas millinin baş məşqçisi qədər vacibdi”.

Millimizin yeni baş məşqçisi Robert Prosineçki isə həm cavandı, həm də milliyə yeni oyun üslubu gətirə bilər".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm