Ançelotti tarixə düşdü, mükafat aldı
Bizi izləyin

İdman

Ançelotti tarixə düşdü, mükafat aldı

“Real”ın baş məşqçisi Karlo Ançelotti klubun tarixində özünə yer etməkdə iddialıdı.

“Kral klubu”nun İspaniya kubokunun 1/16 final mərhələsində “Kornelya”ya qalib gəliyini (5:0) xəbər vermişdik. Bununla Ançelotti “Real”ın sabiq çalışdırıcısı Joze Mourinyonun rekordunu təzələyib. İtalyan mütəxəssisin rəhbərliyi altında Madrid klubu ötən mövsüm də nəzərə alınmaqla kubokda ardıcıl 10-cu qələbəsini qazanıb. Əvvəlki rekord 9 oyunluq qələbə seriyasıyla Mourinyoya məxsus idi.

Bundan əvvəl Ançelottinin “Real”ı bütün turnirlərdə ardıcıl 16 qələbə qazanmaqla klub rekordunu da yeniləmişdi. Mourinyonun dövründə 15 ardıcıl qələbə olmuşdu.

La Liqanın növbəti turunda “Selta”nı da məğlub edə bilsə, madridlilər İspaniya klublarına məxsus rekordu təkrarlayacaq. 2005-ci ildə Frank Raykard “Barselona”yla ardıcıl 18 qalibiyyət əldə etmişdi.

Ançelottiylə bağlı daha bir xoş xəbər var. İtalyan mütəxəssis noyabr ayı üçün La Liqanın ən yaxşı baş məşqçisi seçilib. Bu, 55 yaşlı çalışdırıcının ardıcıl ikinci uğurudu.

Xatırladaq ki, “Real” sentyabrın 16-dan bəri bütün oyunlarını qələbəylə başa vurub. Noyabrda Ançelottinin komandası 12 mümkün xalın hamısını toplayıb və rəqib qapılarından 15 top keçirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm