Dəfnə getdiyi üçün işdən qovdular
Bizi izləyin

İdman

Dəfnə getdiyi üçün işdən qovdular

İspaniyanın Peşəkar Futbol Liqasının (LFP) rəhbərliyi bu günlərdə dünyasını dəyişən "Deportivo" azarkeşinin dəfn mərasimində iştirak etdiyinə görə, Auqusto Sezar Lendoyronu işdən qovub. Lendoyro əvvəllər "Deportivo"nun prezidenti olub.

Publika.az xəbər verir ki, LFP-nin prezidenti Xaver Tebas məsələyə belə münasibət bildirib:

"Biz istənilən zorakılığı pisləyir və ona qarşı sərt mübarizə aparırıq. Ancaq bizim nümayəndəmiz ultrasın dəfnində iştirak edir. Buna yol verə bilmərik. Qoy o, unutmasın ki, oyunlardan əvvəl bir dəqiqəlik sükut da olmayacaq".

İspaniya çempionatında 13-cü turun oyunundan əvvəl Madriddə "Atletiko" və "Deportivo" azarkeşləri arasında toqquşma baş vermişdi. Davada 200 nəfərə yaxın azarkeş iştirak etmişdi. Nəticədə "Deportivo" azarkeşlərindən biri aldığı xəsarətlər nəticəsində xəstəxanada dünyasını dəyişmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm