Gənc idmançı timsaha yem oldu
Bizi izləyin

İdman

Gənc idmançı timsaha yem oldu

Həm məşhur qolfçu, həm də dalğıc olan Jak fan der Sandt Cənubi Afrikadakı Kryugeer Milli Parkında olan Panik gölünə (Lake Panic) üzmək üçün girib. Bu zaman o, bədbəxt hadisə ilə üzləşib.

Publika.az xəbər verir ki, idmançı timsahın hücumuna məruz qalıb. Şahidlərin dediyinə görə, 4 metrlik timsah Jakı dişlərinin arasına alaraq bir müddət üzüb, sonra da onu suyun dibinə doğru çəkərək öldürüb.

Parkın müdiri Dani Pinaar verdiyi açıqlamada qolf sahəsinin yanındakı Panik gölündə iki saatlıq axtarışdan sonra Van der Sandtı udan timsahı tapdıqlarını və gənc idmançının cansız bədənini timsahın içindən çıxardıqlarını bildirib.

Jak van der Sandtın dostuyla birlikdə "göldən ən çox qolf topunu kim çıxaracaq" oyunu oynayarkən timsaha yem olduğu iddia edilir.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm