
“Mançester Siti” qapıçısı Co Hartla müqaviləsini uzatmaq qərarına gəlib.
Publika.az xəbər verir ki, “şəhərlilər” qapıçı ilə dəyəri 31 milyon funt (təxminən 48 milyon dollar) olan beş illik müqavilə bağlayıb.
Co Hart “Mançester Siti”yə 2006-cı ildə “Şrusberi Taun” komandasından transfer olub. Təcrübə toplaması üçün “Tranmir Rovers” (2007), “Blekpul” (2007) və “Birmingem”ə (2009/10) icarəyə verilən 27 yaşlı qapıçı 2010-cu ildən “şəhərlilər”in əsas heyətində möhkəmlənib.
Hart İngiltərə millisində 48 oyunda meydana çıxıb.