"Qarabağ" qol vura bilmədi, "Xəzər Lənkəran" darmadağın etdi
Bizi izləyin

İdman

"Qarabağ" qol vura bilmədi, "Xəzər Lənkəran" darmadağın etdi

Topaz Premyer Liqasında XV turu çərçivəsində eyni gündə 4 oyun keçirilib.

Publika.az xəbər verir ki, tura Azərbaycan derbisi ilə start verilib. Bütün Azərbaycan çempionatlarının iştirakçısı olmuş "Qarabağ"la "Neftçi" Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşıb. 90 dəqiqə ərzində qapılara qol vurulmayıb və 0:0 hesabı ilə başa çatıb. Bununla da "Qarabağ" liderliyini qoruyub.

"Sumqayıt" "Simurq"u qəbul edib. Hesabı 5-ci dəqiqədə qonaq komandadan Rəşad Eyyubov açıb. 38-ci dəqiqədə Tofiq Mikayılov bərabərlik qolunu vurub. 80-cı dəqiqədə Məhəmməd Qurbanov "Sumqayıt"ın qələbə qoluna imza atıb. Sonuncu dəfə 5 turda qələbə qazanan gənclik şəhəri təmsilçisi uğursuz seriyaya son qoyub.

Turun üçüncü oyununda "Xəzər Lənkəran" "Qəbələ"ni qəbul edib. Lənkəran şəhər stadionunun qazonu hazır olmadığından oyun "Bayıl Arena"da baş tutub. 7-ci dəqiqədə Qalin İvanov hesabı açıb. 32-ci dəqiqədə Ruslan Tağızadənin avtoqolu "Xəzər Lənkəran"ı sevindirib. 50-ci dəqiqədə isə Ağabala Ramazanov 3:0 hesablı qələbəni təmin edib.

Tura "İnter" - AZAL oyunu ilə yekun vurulub. Matçın taleyini bir qol həll edib. 68-ci dəqiqədə rəqib qapısına yol tapan Junior Nildo "İnter"i 3 xala sevindirib. "Neftçi"nin xal itkisindən yararlanan "bankirlər" ikinci pilləni ələ keçirib.

Qeyd edək ki, "Araz Naxçıvan" çempionatdan çıxdığından "Bakı" bu turda istirahət edəcək.

Premyer Liqa

2014/15 mövsümü

II dövrə, XV tur

7 dekabr

Qarabağ - Neftçi 0:0

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. İnnosent Emeqara, 14. Rəşad Sadıqov (k), 17. Vüqar Nadirov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 41. Leroy Corc (7. Namiq Yusifov, 73), 55 Bədavi Hüseynov (24. Admir Teli, 73), 99. Namiq Ələsgərov (10. Muarem Muarem, 60).

Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 6. Hacı Əhmədov, 18. İlqar Qurbanov, 77. Cavid Tağıyev.

Baş məşqçi: Qurban Qurbanov.

Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardozo, 3. Denis Silva, 7. Araz Abdullayev, 9. Flavinyo (k) (11. Nikolas Kanales, 87), 15. Erik Ramos, 19. Mirhüseyn Seyidov, 23. Ruslan Qurbanov (21. Samir Məsimov, 78), 28. Emin Mehtiyev, 27. Məqsəd İsayev, 90. Ernest Nfor.

Ehtiyat oyunçular: 12. Pavel Doroşev, 18. Kaue da Silva, 17. Nicat Qurbanov, 88. Mirkamil Haşımlı, 95. Elvin Bədəlov.

Baş məşqçi: Arif Əsədov.

Sarı vərəqələr: Riçard Almeyda, 45+1 (qeyri-idman hərəkəti). Bədavi Hüseynov, 64 (qeyri-idman hərəkəti). İnnosent Emeqara, 80 (qeyri-idman hərəkəti) - Araz Abdullayev, 45+1 (qeyri-idman hərəkəti).

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Ramil Diniyev.

AFFA nümayəndəsi: Abbas Hüseynov.

Hakim-inspektor: Məlik Həsənov.

Tofiq Bəhramov adına Respublika stadionu. 3000 tamaşaçı.

Sumqayıt - Simurq 2:1

Qollar: Tofiq Mikayılov, 38. Məhəmməd Qurbanov, 80 - Rəşad Eyyubov, 5.

Sumqayıt: 1. Andrey Popoviç, 3. Vurğun Hüseynov, 5. Cəmil Hacıyev, 7. Ruslan Poladov (k), 10. Tərzin Cahangirov, 9. Orxan Əliyev (96. Budaq Nəsirov, 82), 14. Məhəmməd Qurbanov (11. Kiyan Sultanpur, 90+2), 15. Nodar Məmmədov, 18. Aleksandr Çertoqanov, 22. Tofiq Mikayılov (2. Slavik Alxasov, 68), 92. Bəxtiyar Həsənalızadə.

Ehtiyat oyunçular: 63. Şahruddin Məhəmmədəliyev, 17. Ramazan Abbasov, 77. Təvəkkül Məmmədov, 86. Fərid Quliyev.

Baş məşqçi: Aqil Məmmədov.

Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov, 5. Vadim Abdullayev (25. Oruc Balaşlı, 84), 6. Samir Zərgərov, 8. Patrik Osiako (15. Stepan Polyak, 46), 10. Rəşad Eyyubov, 11. Draqan Çeran, 13. Ali Gökdemir, 20. İdan Vaytsman, 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.

Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 3. Adam Banaş, 16. Məhərrəm Hüseynov, 21. Murad Səttarlı, 33. Kənan Müslümov.

Baş məşqçi: Georgi Çixradze.

Sarı vərəqələr: Aleksandr Çertoqanov, 73 (qeyri-idman hərəkəti). Nodar Məmmədov, 90+1 (oyunun bərpasını gecikdirdiyinə görə) - Patrik Osiako, 13 (qeyri-idman hərəkəti). İlkin Qırtımov, 21 (hakim qərarına etiraz). Ali Gökdemir, 64 (qeyri-idman hərəkəti).

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Azər Əsgərov, Ramil Əhmədov.

AFFA nümayəndəsi: Adil Nadirov.

Hakim-inspektor: Füzuli Nəcəfov.

"Kapital Bank Arena". 1000 tamaşaçı.

Xəzər Lənkəran - Qəbələ 3:0

Qollar: Qalin İvanov, 7. Ruslan Tağızadə, 32 (avtoqol). Ağabala Ramazanov, 50.

Xəzər Lənkəran: 19. Vyekoslav Tomiç, 3. Vanderson Skarduelli, 5. Tyeqo, 6. Rəşad Sadiqov, 8. Qalin İvanov (97. Elnur Cəfərov, 88), 14. Rahid Əmirquliyev (k), 18. Tural Cəlilov (10. Elnur Abdullayev, 75), 33. Rasim Ramaldanov, 55. Ağabala Ramazanov, 63. Alfred Sanko, 99. Deyan Blajevski (17. Kazım Kazımlı, 90+2).

Ehtiyat oyunçular: 12. Cahangir Həsənzadə, 13. Aleksandr Şemonayev, 28. Fernando Qabriel, 72. Elvin Mirzəyev.

Baş məşqçi: Oğuz Çətin.

Qəbələ: 1. Kamran Ağayev (k), 8. Markuinyos (27. Bəxtiyar Soltanov, 21), 10. Dodo, 14. Cavid Hüseynov, 15. Ruslan Abışov (21. Yazalde Pinto, 69), 16. Ruslan Tağızadə, 25. Adrian Ropotan, 26. Pavol Farkaş, 34. Urfan Abbasov, 44. Rafael Santos, 90. Ekiqo Ehiosun (4. Elvin Camalov, 46).

Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 5. Sadiq Quliyev, 13. Murad Musayev, 99. Tellur Mütəllimov.

Baş məşqçi: Dorinel Muntyanu.

Sarı vərəqələr: Deyan Blajevski, 28 (qeyri-idman hərəkəti). Rahid Əmirquliyev, 54 (qeyri-idman hərəkəti). Rasim Ramaldanov, 79 (qeyri-idman hərəkəti) - Ruslan Abışov, 26 (qeyri-idman hərəkəti). Cavid Hüseynov, 58 (qeyri-idman hərəkəti). Pavol Farkaş, 82 (qeyri-idman hərəkəti). Adrian Ropotan, 85 (qeyri-idman hərəkəti).

Hakimlər: Elvin Əsgərov, Elşən Acalov, Mübariz Haşımov, Vüsal Əliyev.

AFFA nümayəndəsi: Rauf Əmirov.

Hakim-inspektor: Əli Hüseynov.

"Bayıl Arena". 500 tamaşaçı.

İnter - AZAL 1:0

Qol: Junior Nildo, 68.

İnter: 25. Səlahət Ağayev (k), 3. Laşa Salukvadze, 5. Aleksandr Amisulaşvili, 8. Mikel Alvaro, 12. Junior Nildo (28. Baçana Tsxadadze, 89), 15. Yohan Bokonyano, 17. Məhəmməd Mirzəbəyov, 21. Arif Daşdəmirov, 80. Nizami Hacıyev (10. Elvin Məmmədov, 66), 88. Derlis Meza Kolli, 91. Coşqun Diniyev (7. Abdulla Abatsiyev, 84).

Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 6. Slavko Georgievski, 27. Diego Madriqal, 30. Abbas Hüseynov.

Məşqçi: Zaur Svanadze.

AZAL: 16. Stanislav Namaşko, 4. Laşa Kasradze (10. Tomi Kostadinov, 83), 6. Eduardo Makiel (3. Xuan Fransisko, 82), 13. Şəhriyar Rəhimov, 15. Oskar Klava, 17. Viktor İbekoyi, 18. Orxan Lalayev, 20. Freddi Mombonqo, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k) (7. Təmkin Xəlilzadə, 90), 30. Seymur Əsədov.

Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 9. Aydın Qasımov, 22. Eltun Yaqublu, 14. Asif Mirili.

Baş məşqçi: Tərlan Əhmədov.

Sarı vərəqələr: Aleksandr Amisulaşvili, 76 (etiraz etdiyinə görə). Abdulla Abatsiyev, 90+4 (oyunun bərpasını gecikdirdiyinə görə) - Şəhriyar Rəhimov, 26 (qeyri-idman hərəkəti). Viktor İbekoyi, 72 (qeyri-idman hərəkəti). Novruz Məmmədov, 82 (qeyri-idman hərəkəti).

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Nihad Əliyev, Fariz Yusifov.

AFFA nümayəndəsi: Telman Əzizov.

Hakim-inspektor: Murad Məmmədov.

"İnter Arena". 200 tamaşaçı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm