“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir - VİDEO
Bizi izləyin

İdman

“Qarabağ”ın rəqibi Bakıya məğlub gəlir - VİDEO

Avropa Liqasında “Qarabağ”ın rəqibi olan “İnter” A seriyasında növbəti oyununu keçirib.

Publika.az xəbər verir ki, “Udineze”ni qəbul edən milanlılar doğma divarlar arasında məğlubiyyətdən qaça bilməyib. Oyun maraqlı və dramatik alınıb.

İlk hissəni qalib kimi tamamlayan Roberto Mançininin yetirmələri fasilədən sonra arxayınlığın cəzasını çəkib (1:2).

Yəqin ki, bu nəticə “neradzurra”nın heç də ürəyincə olmayıb. Turnir cədvəlində 12-ci pilləyə yuvarlanan Milan klubu növbəti oyununu Bakıda “Qarabağ”a qarşı keçirəcək. Deməli, rəqib düşərgədəki məğlubiyyət ab-havasından yararlanmaq olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm