İngilislərə “Super Mario” lazım deyil
Bizi izləyin

İdman

İngilislərə “Super Mario” lazım deyil

"Liverpul"un yayda bəh-bəhlə heyətinə qatdığı “Super Mario” ləqəbli Mario Balotelli mövsümün sonunda komandasından ayrıla bilər.

Publika.az xəbər verir ki, bu barədə İngiltərə mətbuatı məlumat yayıb. Buna səbəb kimi onun məhsuldarlığının aşağı olması göstərilir.

Mersisaydlılar Balotellinin transferinə görə digər klublarla danışıqlar aparmağa hazırdır.

Məlumat üçün bildirək ki, “Liverpul” 24 yaşlı futbolçunu ən azından "Milan"a ödədiyi 20 milyon avro müqabilində satmağı düşünür.

Hələ ki klub tərəfindən bu barədə rəsmi açıqlama verilməyib.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm