Messi hansı superforvardların “torbasını tikib”?
Bizi izləyin

İdman

Messi hansı superforvardların “torbasını tikib”?

Lionel Messinin oyununu şərh etmək üçün futbol leksikonundakı sözlər yetməz. O, başqa dünyanın adamıdı sanki. Baxırsan ki, ondan da cüssəli, ondan da sürətli, ondan da cəld futbolçular var. Amma argentinalı bir başqa aləmdi. Onunla çiyin-çiyinə oynayan futbolçuların adlarını nə vaxtsa yan-yana qoymusuz? Bu adam futbol tarixinin ən yaxşı forvardlarıyla yanaşı top qovub, amma hamısı bəstəboy Leonun kölgəsində qalıb. Düzdü, onların arasında bəziləri öz dövründə “Barsa”da az iş görməyib. Amma fakt odu ki, rəhbərlik və ya azarkeşlər onların gedişinə o qədər də üzülməyiblər.

Bir dəfə “Arsenal”ın baş məşqçisi Arsen Venger maraqlı sitat demişdi:

“Barselona”da oynayan bütün forvardlar Messinin kölgəsində qalır”. Doğrudanmı belədir? Gəlin birlikdə nəzər salaq.

Luis Suares: Uzunmüddətli diskvalifikasiyadan sonra “Barselona”nın heyətində çıxdığı rəsmi matçlarda bir dəfə APOEL-in qapısına yol tapıb. Davamı hələ ki, yoxdu...

Tyerri Anri: Suares kimi Anri də La Liqaya İngiltərədən gəlmişdi. Amma uruqvaylıyla müqayisədə Tyerri Messinin yanında daha yaxşı oynamışdı.

Ronaldinyo: Bu məqamda Vengerin iddiasının boşa çıxdığını əminliklə söyləmək olar. Ronniylə Messi bir-birini çox gözəl başa düşürdü. Bunu rəqəmlər və oynadığı oyunların videoyazıları da deyir.

Samuel Eto`O: Pep Qvardiolanın rəhbərliyi dövründə kamerunlu forvard Çempionlar Liqasında çox faydalı işlər gördü. Messiylə də oyunu alınırdı. Amma yenə də qapını Eto`Oya göstərdilər. O isə “İnter”də də uğurlu çıxışını davam etdirdi.

Zlatan İbrahimoviç: Bax, burada Vengeri alqışlamağa dəyər. İbra fantastik oyunçu olduğunu çoxdan isbat edib. Amma Qvardiola və Messiylə münasibətləri yaxşı deyildi. İndi də yaxşı demək olmaz...

David Vilya: “Barsa”da kifayət qədər məhsuldar futbol sərgilədi. Amma son vaxtlar haqqında gəzən şayiələr onun tezliklə Kataloniyadan gedişinə təkan verdi.

Aleksis Sançes: Messi ilə 3 il çiyin-çiyinə oynadı. Aralarında ciddi problem olduğunu deyə bilmərik. Amma DÇ-2014-dən sonra “Arsenal”a yollandı.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm