Oğlunun Soçiyə getməsi üçün evini girov qoydu
Bizi izləyin

İdman

Oğlunun Soçiyə getməsi üçün evini girov qoydu

Oğlunun Soçiyə getməsi üçün evini girov qoydu

Filippini Soçidə təmsil edən 17 yaşlı fiqurlu konkisürən Maykl Kristin Martines Olimpiadaya inanılmaz macəradan sonra gələ bilib.

Publika.az xəbər verir ki, Filippin dövləti Mayklın xərclərini ödəməkdən imtina edib. Məcburiyyət qarşısında qalan idmançının anası evini girov qoyub.

Ana evini girov qoymazdan əvvəl Filippin prezidenti III Beniqno Akinoya müracət edib. Ancaq rədd cavabı alıb:

“Oğlumun Olimpiadada iştirak etməsi üçün evimi girov qoymalı oldum. Dəhşətdi, hətta inanmıram ki, Filippin prezidentinin administrasiyası ölkəmizin Olimpiadada təmsil olunmasından xəbərdardı”.

Qeyd edək ki, Maykl fevralın 13-də çıxış edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm