Avropa çempionatı: Vida fiti səslənir...
Bizi izləyin

İdman

Avropa çempionatı: Vida fiti səslənir...

Ötən gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.

Publika.Az-ın məlumatına görə, "B" qrupunun hər iki görüşü eyni vaxtda başlayıb. İki oyundan maksimum nəticə ilə ayrılan Almaniya millisi Danimarka ilə qarşılaşıb.

Danimarka millisi qələbə qazansaydı 1/4 finala vəsiqəni təmin edə bilərdi. Lakin almanlar 2:1 hesablı qələbə ilə buna imkan verməyiblər.

Digər görüşdə Portuqaliya və Hollandiya yığmaları üz-üzə gəliblər. Heç bir xalı olmayan "narıncılar"a mütləq qələbə lazım idi. Rəqibini 2:1 hesabı ilə məğlub edən Portuqaliya millisi 1/4 finala yüksələn ikinci komanda olub.

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsində III turun növbəti oyunları keçiriləcək.

"C" qrupunun da hər iki görüşü eyni saatda - Bakı vaxtı ilə 23:45-də başlayacaq. İtaliya millisi son görüşündə autsayder İrlandiya yığması ilə qarşılaşacaq. 1/4 finala yüksəlmək üçün İtaliya millisi ən azı 2 top fərqi ilə qalib gəlməlidir.

Xorvatiya və İspaniya milliləri arasında baş tutacaq görüş də həlledicidir.

İspaniya millisi Xorvatiyaya məğlub olsa, İtaliya yığması isə İrlandiyaya istənilən hesabla qalib gəlsə, İspaniya turnirlə vidalaşmalı olacaq.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm