• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Neftçi”nin vitse-prezidenti AFFA rəsmisini debata çağırdı

  • İdman
  • 12 Fevral 2014 13:48
  • 662 Baxış
“Neftçi”nin vitse-prezidenti AFFA rəsmisini debata çağırdı

"Nə Rəhim Həsənovun şərəf və ləyaqətini təhqir etmişəm, nə də Əliyar Ağayevin. Rəhimin son "Böyük oyun"dakı idarəçiliyi özü Azrəbaycan futbolu adına təhqir idi. Xaqani Məmmədov fərqli düşünürsə, buyursun, gəlsin, Həsənovun işinin öhdəsindən gəldiyini sübut etsin.

Onu debata səsləyirəm. Gəlsin, üzbəüz oturaq, epizodlar üzrə dəyərləndirək". Publika.az xəbər verir ki, bu sözləri Fanat.az-a açıqlamasında "Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov deyib.

Süleymanov İntizam Komitəsinin "Xəzər Lənkəran"ın gənc forvardı Ağabala Ramazanovu layiq olduğu cəzaya çatdırmadığını söyləyib: "Tərlan Quliyevin, Bruno Bertuççinin, Karlos Kardosonun aldığı cəzaya baxın, təxribatçı Ramazanovun cəzasına baxın.

Həsənov hələ künc zərbəsi yerinə yetirilməmişdən öncə Ramazanovun Stamenkoviçi vurduğunu gördüyü halda, şifahi xəbərdarlıqla kifayətlənirsə, sonradan baş verənlərə şərait yaratmış sayılır. Digər tərəfdən, Ağabalaya 3, Bertuççiyə 4 oyunluq cəza verilməsini necə başa düşək? Axı hər şeyin bu həddə çatmasının səbəbkarı məhz Ramazanov idi. Azarkeşlərin davranışına ümumiyyətlə önəm verilməməsini necə anlayaq? Niyə fanatların belə aqressivliyinin üstündən heç nə olmayıbmış kimi keçməlidilər?"

Klub rəsmisi sonadək mübarizə aparacaqlarını bildirib: "Bizə verilən cəzalarla təbii ki, razılaşmırıq. Apellyasiya və Ekspert Komitəsinə şikayət edəcəyik. Yəni bizə qarşı yönələn addımlarla sonadək mübarizə aparacağıq. Nə olacağını zaman göstərəcək. Ancaq ədalətsizliyə göz yummayacağımız dəqiqdi. Bu gedişlə klublarımız Avroliqada uğur qazana bilməyəcək".

Xəbər lenti

DAHA ÇOX XƏBƏR