Mustafa Dənizli “Xəzər Lənkəran”dan gedir?
Bizi izləyin

İdman

Mustafa Dənizli “Xəzər Lənkəran”dan gedir?

Mustafa Dənizli “Xəzər Lənkəran”dan gedir?

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizlinin hazırda məşqçisiz qalan "Trabzonspor"u çalışdıracağı ilə bağlı məlumat yayılımışdı.

Publika.Az xəbər verir ki, Mustafa Dənizli Türkiyə mətbuatına məsələ ilə bağlı münasibət bildirib. Türkiyə mətbuatına danışan Dənizli “Trabzonspor”dan təklif almadığını deyib:

“ “Trabzonspor”dan hər hansı bir təklif almamışam. Bir gün mütləq Türkiyəyə qayıdacam. Ancaq bir problem olmasa, mövsümün sonuna qədər “Xəzər Lənkəran”da qalmaq istəyirəm”.

Qeyd edək ki, Dəzili ilə “Xəzər Lənkəran” klubu arasında 1 il yarımlıq müqavilə bağlanıb. Belə olan halda, Mustafa Dənizlinin “mövsüm sonuna qədər Xəzər Lənkəran”da qalmaq istəyirəm” deməsi müəyyən şübhələrə yol açır. Olmaya, Dənizli mövsümün sonunda, müqavilə müddəti bitməmiş “Xəzər Lənkəran”dan ayrılmağı düşünür?

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm