Futbolçu karyerasını bitirib, jurnalistliyə başladı
Bizi izləyin

İdman

Futbolçu karyerasını bitirib, jurnalistliyə başladı

Fransa futbolunun ulduzu Tyerri Anri karyerasını başa vurub.

Publika.az xəbər verir ki, ulduz futbolçu bundan sonra jurnalist kimi fəaliyyət göstərəcək.

Anri 2015-ci ilin yanvarından "Sky Sports" telekanalında fəaliyyətə başlayacaq. 37 yaşlı futbolçunun son klubu ABŞ-ın "Nyu-York Red Bullz" komandası olub. O, dekabrın əvvəlində bu komandanın sıralarını tərk etmişdi.

Tyerri Anri Fransa millisinin heyətində 1998-ci ildə dünya, 2000-ci ildə isə Avropa çempionu olub. O, "Arsenal"dakı çıxışı ilə də diqqət çəkib. Bu komandanın heyətində (1999-2007) müxtəlif turnirlərdə 228 qol vurub. O, "topçular"la iki dəfə İngiltərə çempionluğunu qazanıb.

Anri "Barselona"nın heyətində Çempionlar Liqasının da qalibi olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm