• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Hökumətə qarşı çıxmaqda günahlandırılanlara millət vəkilləri dəstək oldu - VİDEO+FOTO

  • İdman
  • 17 Dekabr 2014 11:56
  • 431 Baxış
Hökumətə qarşı çıxmaqda günahlandırılanlara millət vəkilləri dəstək oldu - VİDEO+FOTO

Ötən gün İstanbul məhkəməsində “Gəzi Parkı” hadisələri ilə əlaqədar saxlanılan "Beşiktaş" azarkeşləri hökumət binalarını tutmağa cəhddə ittiham olunublar.

Publika.az xəbər verir ki, ötən ilin may aylarında parkın sökülməsindən sonra baş qaldıran etiraz aksiyaları zamanı İstanbul və Ankarada hökumət binalarını tutmağa cəhddə günahlandırılan 35 azarkeşə ömürlük azadlıqdan məhrumetmə cəzası tələb edilib.

Məhkəmə prosesi "Beşiktaş" azarkeşlərinin etiraz aksiyaları fonunda baş tutub. İstanbul 13-cü Ağır Cəza Məhkəməsi tərəfindən aparılan işdə 9 polis də şikayətçi qismində iştirak edib.

Bir neçə müxalif partiya liderləri də daxil olmaqla aksiyaya yüzlərlə insan qatılıb. Fəallar azarkeşlərə qarşı səsləndirilən ittihamların əsassız olduğunu bildiriblər. İstanbul məhkəməsinə qarşı beynəlxalq insan haqları müdafiəçiləri də qoşulub.

“Twitter, “facebook” kimi sosial şəbəkələrdə də cəzalanan azarkeşlərə dəstək olublar. Dəstək üçün məhkəmə qarşısına toplaşmaq çağırışı olunub.

“Qalatasaray”, “Fənərbaxça”, “Trabzonspor” və digər klubların azarkeşləri də “Çarşı”ya dəstək olublar.

Bundan əlavə CHP (Cümhuriyyət Xalq Partiyası) millət vəkilləri İlhan Cihaner, Sezgin Tanrıkulu, Mahmud Tanal, Umut Oran, Kütahya müstəqil millət vəkili İdris Bal, CHP köhnə İstanbul Vilayət sədri Oğuz Kaan Salıcı, rəssam Bedri Baykan məhkəməni izləməyə gediblər. Həbs olunan azarkeşləri müdafiə etmək üçün İstanbul Barosu sədri Ümid Kocasakal da olmaqla 100 vəkil məhkəməyə qatılıb.

CHP millət vəkili Melda Onur İstanbulda mühakimə olunan "Çarşı" azarkeş qrupuna dəstək olmaq üçün Məclis Baş Assambleyasında qartal şəkilli "Çarşı" köynəyi ilə iştirak edib.

Kürsüdəki çıxışı zamanı da pencəyini və köynəyini çıxaran Melda Onur kürsüdə gəzi olaylarında həyatını itirən Ali İsmayıl Korkmazın köynəyi ilə qalıb.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan vətən xainlərinin öz cəzalarına çatacaqlarını bildirib.

Aygün İlqarqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR