Bu cür istedad niyə 3-cü divizionda oynayır? - VİDEO
Bizi izləyin

İdman

Bu cür istedad niyə 3-cü divizionda oynayır? - VİDEO

İspaniya kubokunun 1/16 final mərhələsində “Atletiko” - “Ospitalet” matçı (2:2) gözəl qollarla yadda qalıb.

Publika.az xəbər verir ki, ilk oyunda sərfəli nəticə (3:0) əldə edən madridlilər gözlənildiyi kimi, aşağı divizion komandasıyla cavab qarşılaşmasına nisbətən zəif heyətlə çıxıb. Baş məşqçi Dieqo Simeone bəzi aparıcı futbolçularına istirahət versə də, heç kim “Ospitalet”in Madriddə geridönüşünə inanmırdı. Yalnız bir nəfərdən başqa...

Onun adını yaxşı yadda saxlayın - Ruben Alkaras. 23 yaşlı futbolçu “Atletiko”ya elə qollar vurdu ki, bunu heç La Liqanın oyunlarında da gec-gec görmək olar. Belə dəqiq zərbələri olan bir istedadın uzun müddət hansısa Kataloniya əyalət komandasında qalacağı inandırıcı görünmür. Dünən onu heç kim tanımırdı. Bu gün isə ən azı bütün Ispaniya ondan və vurduğu qollardan danışır. Qarşıdan da qış transfer dövrü gəlir.

Artıq İspaniya kubokunda 1/8 final iştirakçılarının adı məlumdu. Bu mərhələdə mübarizənin daha da gərginləşəcəyini indidən söyləmək olar. Qalan komandaların arasında heç Sequnda təmsilçisi də yoxdu.

1/8 final

Malaqa - Levante

Selta - Atletik

Valensiya - Espanyol

Qranada - Sevilya

Barselona - Elçe

Atletiko - Real

Vilyarreal - Real Sosyedad

Almeriya - Xetafe

Oxumağa davam et
Reklam
Reklam

Gündəm