"Qarabağ" prezidentin ayırdığı 1 milyonu hara xərcləyəcək?
Bizi izləyin

İdman

"Qarabağ" prezidentin ayırdığı 1 milyonu hara xərcləyəcək?

Prezident İlham Əliyevin "Qarabağ"a prezidentin ehtiyat fondundan ayırdığı pulun hansı istiqamətdə xərclənəcəyi bəlli olub.

Publika.az xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov 1 milyon manatın klubun infrastrukturunun gücləndirilməsinə sərf olunacağını deyib.

Qurbanov ölkə başçısının pulu klubun Avropada uğurlu çıxışına görə ayırdığını və uğurun davamı üçün infrastrukturun gücləndirilməsinin vacib olduğunu deyib. "Bəs o puldan futbolçulara mükafat ayırılacaqmı?" - sualına çalışdırıcı gülərək: "Yəqin ki, ayrılar", - deyə cavab verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm