Oğuz Çətin "Xəzər-Lənkəran"ı tərk etdi
Bizi izləyin

İdman

Oğuz Çətin "Xəzər-Lənkəran"ı tərk etdi

"Xəzər Lənkəran”ın baş məşqçisi Oğuz Çətin Azərbaycanı tərk edib.

Publika.az-ın məlumatına görə, vətəninə yola düşən türkiyəli çalışdırıcı böyük ehtimalla bir daha cənub təmsilçisinin “sükanı arxası”nda olmayacaq.

Komandada gəncləşdirmə siyasəti aparılacağından, rəhbərlik mövsümü Çətinlə deyil

“Oğuz Çətin baş məşqçi vəzifəsindən istefa verib. Onun bu qərarı bizim üçün gözlənilməz oldu. İstefanın qəbul olunub-olunmayacağı hələ bəlli deyil. Amma böyük ehtimalla, klub prezidenti istefanı qəbul edəcək”. Futbolxeber.az saytına verdiyi müsahibədə bu sözləri “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib.

Klub rəsmisi komandanın yeni baş məşqçisinin Yunis Hüseynov olacağı haqdakı iddialara da cavab verib: “Komandamızın yeni baş məşqçisinin kim olacağını hələ deyə bilmərəm. Çünki istefa gözlənilməz olduğundan hansısa axtarışlara başlamamışıq. Amma yeni baş məşqçimiz Yunis Hüseynov olmayacaq. O, klubun idman direktorudur və öz vəzifəsində də qalacaq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm