Braziliyalı futbolçu “Qarabağ”ın tarixinə düşdü
Bizi izləyin

İdman

Braziliyalı futbolçu “Qarabağ”ın tarixinə düşdü

“Qarabağ”ın yarımmüdafiə xəttinin lideri Riçard Almeyda komandasının heyətində 100-cü matçını keçirib.

Publika.az xəbər verir ki, yubiley matçı Azərbaycan Premyer Liqasının 18-ci turunun “Sumqayıt”la qarşılaşmasına təsadüf edən 25 yaşlı yarımmüdafiəçi bu matçadək 99 görüşdə 23 qol vurmuşdu.

Nəticəsi ləğv olunan oyunlar nəzərə alınmamaqla, yubiley qarşılaşmasına çıxan Almeyda “Qarabağ”da 100 oyun keçirən ilk braziliyalı kimi tarixə düşdü. O, bu matçların 73-nü Premyer Liqa, 8-ni kubok, 19-nu avrokuboklarda keçirib.

2012/13 mövsümü

Çempionat – 30 (13)

Kubok – 4 (1)

2013/14 mövsümü

Çempionat – 28 (6)

Kubok - 3

Avropa Liqası – 7 (1)

2014/15 mövsümü

Çempionat – 15 (1)

Kubok – 1 (1)

Çempionlar Liqası - 4

Avropa Liqası - 8

Cəmi – 100 (23)

Çempionat – 73 (20)

Kubok – 8 (2)

Çempionlar Liqası - 4

Avropa Liqası – 15 (1)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm