AFFA Yeni il qabağı klubları “mükafatlandırdı”
Bizi izləyin

İdman

AFFA Yeni il qabağı klubları “mükafatlandırdı”

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Publika.az xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının 17 və 18-ci turlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.

17-ci turun “Bakı” - AZAL matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

“Xəzər Lənkəran” - “Qarabağ” matçında “Xəzər Lənkəran”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib. Oyunun 12-ci dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə kluba 2000 manat cəza kəsilib.

“Sumqayıt” - “Qəbələ” qarşılaşmasında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 89-cu dəqiqəsində “Sumqayıt” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə kluba 2000 manat cəza tətbiq edilib.

“İnter” - “Neftçi” matçında “Neftçi” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Azərbaycan Premyer Liqasının 18-ci turunun “Qəbələ” - “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 10 nömrəli futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cəza kəsilib.

Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun qapıçısı Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirmiş, bu, hakimin gözündən yayınmışdır. Oyunun videoyazısını izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edib:

1. Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 nömrəli futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalansın, klub 3000 manat cərimə olunsun.

2. Matçın hakimləri haqqında Hakimlər Komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm