2014-cü ildə dünyasını dəyişən idman xadimləri
Bizi izləyin

İdman

2014-cü ildə dünyasını dəyişən idman xadimləri

2014-cü il Azərbaycan və dünya idmanında bir çox itkilərlə yadda qaldı. Bu ildə bir çox məşhur idmançı dünyasını dəyişdi.

Publika.az bu il dünyasını dəyişmiş idman adamlarını bir daha xatırlamaq qərarına gəldi.

Eysebio

Bu il yanvarın 5-də Portuqaliya və dünya futbolunun əfsanəsi Eysebio Da Silva Ferreyra 71 yaşında vəfat etdi. "Benfika"nın sabiq hücumçusu Portuqaliya millisinin heyətində 1966-cı ilin dünya çempionatında bürünc medal qazanmışdı. Eysebionun ölümünə ürək çatışmazlığı səbəb oldu.

Bəxtiyar Qulamov

6 yanvar tarixində isə Azəbaycan futbolunda itki baş verdi. SSRİ dövründə "Neftçi"nin heyətində çıxış etmiş futbol veteranı Bəxtiyar Qulamov 64 yaşında dünyasını dəyişdi. Qulamov 1972-1978-ci illər ərzində "Neftçi"nin formasını geyinmişdi. Komandanın ən yaxşı müdafiəçilərindən hesab olunan Qulamov "ağ-qaralar"ın heyətində SSRİ çempionatında 181, ölkə kubokunda isə 14 oyun keçirib. O, SSRİ idman ustası adına layiq görülmüşdü.

Vüqar Həşimov

2014-cü ildə Azərbaycan idmanında baş vermiş ən böyük itki şübhəsiz, Vüqar Həşimovdu. 27 yaşlı şahmatçı uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən vəfat etdi. Yanvarın 11-də dünyasını dəyişən qrossmeyster 3-cü Fəxri Xiyabanda dəfn edildi. Üçqat Azərbaycan çempionu olan Həşimov 2009-cu ildə FİDE-nin reytinq siyahısında 6-cı pilləyə qədər yüksəlmişdi.

Andrey Qusin

Yanvarın 17-də Ukrayna millisinin və Kiyev "Dinamo"sunun sabiq futbolçusu Andrey Qusin də həyatla vidalaşdı. Futbolçu şəxsi motosikli ilə "Çayka" avtodromunda qəzaya uğradı. Qəzaya səbəb kimi yüksək sürət göstərilib.

Tito Vilanova

25 aprel günü "Barselona" futbolçuları yasa qərq oldular. Komandanın sabiq çalışdırıcısı, 45 yaşlı Tito Vilanova uzun müddət əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişdi. Vilanova 2012/13 mövsümündə katalonları çalışdırmış və İspaniya çempionluğunu qazanmışdı.

Alfredo Di Stefano

İyulun 7-də "Real" əfsanəsini itirdi. Alfredo Di Stefano 88 yaşında dünyasını dəyişdi. O, "Kral klubu"nda keçirdiyi 515 oyunda 412 qola imza atmışdır. Hücumçu karyerası ərzində 3 milli komandanın - Argentina, Kolumbiya və İspaniyanın şərəfini qorumuşdur.

Ələkbər Məmmədov

İyulun 28-də Azərbaycanın əfsanəvi futbolçularından olmuş Ələkbər Məmmədov 84 yaşında dünyasını dəyişdi. Futbolçu həyatı boyunca Moskva "Dinamo"su və "Neftçi"nin şərəfini qoruyan Məmmədov, məşqçi kimi "Neftçi" və Azərbaycan millisində çalışıb. Ələkbər Məmmədov AFFA İcraiyyə Komitəsinin üzvü idi.

Valentin Belkeviç

1 avqustda 2008/09 mövsümündə Bakının "İnter" klubunda çıxış etmiş Valentin Belkeviç Kiyevdə vəfat etdi. Kiyev "Dinamo"su ilə dəfələrlə ölkə çempionu olan Valentin 41 yaşında dünyasını dəyişdi. Belarus millisinin də şərəfini qorumuş Belkeviç nəfəs borusunda yaranmış tromba görə vəfat edib.

Fyodr Çerenkov

Fyodr Çerenkov da bu il dünyasını dəyişənlərdəndir. SSRİ millisinin və Moskva "Spartak"ının sabiq futbolçusu okyabrın 4-də, 55 yaşında vəfat etdi.

Viktor Serebrennikov

12 noyabr tarixində 1959-71-ci illərdə Kiyev "Dinamo"sunda çıxış etmiş yarımmüdafiəçi Viktor Serebrennikov həyatını itirdi. SSRİ millisinin heyətində 21 oyun keçirib 3 qol vuran Viktor 74 yaşında dünyasını dəyişib.

Viktor Tixonov

Noyabrın 24-də əfsanəvi hokkey məşqçisi Viktor Tixonov 85 yaşında vəfat etdi. Tixonov da ürəyində yaranan problemə görə dünyadan köçdü.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm