Arda Turan xanım aparıcıya “sataşdı”
Bizi izləyin

İdman

Arda Turan xanım aparıcıya “sataşdı”

Arda Turan xanım aparıcıya “sataşdı”

"Atletiko"nun yarımmüdafiəçisi Arda Turan Türkiyədə "Lig TV"nin qonağı olub.

Arda İspaniyadakı azarkeşlərdən danışıb. Publika.Az-ın məlumatına görə, komandasının hazırkı durumuna da toxunan Arda dünyanın ən yaxşı komandalarına qarşı oynamaq istədiyini bildirib:

“İspaniyada futbolçulara qarşı böyük sevgi var. Həmçinin mənə qarşı. Türkiyədə də belə idi. Bundan şikayətçi deyildim. Təbii ki, iki ölkə arasında fərqli cəhətlər var. Məsələn, İspaniyada ata və oğul bir-birini fərqli sevir. Bir sözlə, orada olan sevgidən çox məmnunam.

Hazırda yaxşı irəliləməyimiz göz qarşısındadır. Ancaq əsas yaxşı irəliləmək deyil, mövsümün sonunu gətirə bilməkdir. Dünyanın ən yaxşı komandalarına qarşı oynamaq istəyirəm. Məşqlərimiz çox ağır keçir, savaşırıq. Ümid edirəm ki, bizim üçün yaxşı olacaq”.

Aparıcının Türkiyədə futbolçuların artıq çəki probleminin olması ilə bağlı verdiyi sualı Arda özünəxas tərzdə, gülərək cavablayıb:

“Nazlı, mənə sözmü atırsan? (gülür) "Qalatasaray"da ağır zədə aldım. Kortizon iynəsi və türk yeməkləri artıq çəki almağımda böyük rolu oldu. Türkiyədə artıq çəkilər hər zaman problem yaradır. Ona görə buna diqqət yetirmək lazımdır. Artıq çəki əlində paketlə qaçmaq kimi bir şeydir. Əlimdən gəldiyi qədər diqqət edirəm. Elə siz aparıcıların da artıq çəkiyə diqqət yetirməsi lazımdır”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm