Roys da “Real”da?
Bizi izləyin

İdman

Roys da “Real”da?

“Real” və “Borussiya” arasında Marko Roysun transferilə bağlı anlaşma olub. Yarımmüdafiəçi iyunda Madrid klubuna keçəcək.

Publika.az xəbər verir ki, transferin dəyəri 76 milyon avro təşkil edəcək.

İspaniya mətbuatda yazılmışdı ki, 3 gün əvvəl Florentino Pereslə “Borussiya” klubunun prezidenti Dubayda şam yeməyində birlikdə olmuşdular. İddialara görə razılıq məhz həmin görüşdə əldə edilib.

Xatırladaq ki, Marko Roysun Borussiya ilə 2017-ci ilə qədər müqaviləsi davam edir. Ancaq anlaşmadakı bəndə əsasən bu yay onu istənilən klub 25 milyon avroya transfer edə bilər.

Aygün

Oxumağa davam et
Reklam
Reklam

Gündəm