“Supertrio” “Hindular”ı diz çökdürdü - VİDEO
Bizi izləyin

İdman

“Supertrio” “Hindular”ı diz çökdürdü - VİDEO

İspaniyada çempionluq uğrunda mübarizə yenidən iki komandanın ümidinə qalmağa doğru gedir. Son turda “Nou Kamp”da “Barselona”ya boyun əyən “Atletiko”nun titulu qoruyacağına inam xeyli azaldı.

Publika.az xəbər verir ki, Kataloniyanın paytaxtında duruş gətirə bilməyən Dieqo Simeonenin yetirmələri “Barselona”nın super hücum xəttinin qarşısını ala bilmədi.

Əvvəl Neymar, sonra Suares, son dəqiqələrdə isə Messi madridliləri məyus edərək, böhranlı günlərin arxada qaldığını göstərdi. Pike müdafiədə çox etibarlı oynadı, Dani Alveş praktiki olaraq mövqeyindən uzaqlaşmadı, Messi meydanın hər yerində göründü, Buskets isə sanki ayaqlarını “rəndələyib” çıxmışdı meydana. Onun ötürmələrinin çoxu ünvana çatırdı. Bu, Qvardiolanın dövründəki komandanın statistikası deyil. Bu, son günlərdə qalmaqallardan başı açılmayan, Luis Enrikenin “Barselona”sının “Atletiko” qarşısındakı üstünlüyüdür.

“Barsa” İspaniya çempionuna heç bir şans vermədi. Messi sərgilədiyi futbolla baş məşqçinin qovulmasını istədiyini göstərmədi. Çoxdan idi argentinalı futbolçunun müdafiədə top almağını, öz cərimə meydançasında qayda pozmasını görmürdük.

Bundan başqa, Enrikenin yetirmələri ilk hissədə rəqibə o qədər sürətli futbol təklif etdi ki, hətta Simeonenin döyüşkən kollektivi belə “çatdırmadı”. İkinci hissədə artıq “Atletiko” futbolçularının əsəblərinin gərilməsi hiss olunurdu. Qonaqlar yalnız kobudluq, mənasız hərəkətlər və hakimlə mübahisəylə yadda qaldı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm