“Real”ın futbolçusu iki təklifdən imtina etdi
Bizi izləyin

İdman

“Real”ın futbolçusu iki təklifdən imtina etdi

Ötən yay “Real”a qoşulan Xavyer Hernandes karyerasını Avropada davam etdirmək niyyətindədir.

Publika.az xəbər verir ki, Çiçarito MLS klublarından gələn təklifləri geri çevirib. “Çikaqo Fayr” və “Los Anceles Qalaksi” onu heyətində görmək istəyir.

Xatırladaq ki, transfer hüququ “Mançester Yunayted”ə məxsus olan meksikalı hücumçu mövsümün sonuna qədər icarə əsasında “Real”ın şərəfini qoruyacaq.

Onun yayda yenidən İngiltərəyə qayıdacağı gözlənilir. “Kral klubu” cari mövsümdə 14 oyunda meydana çıxan və 4 qol vuran Çiçaritonu birdəfəlik transfer etmək niyyətində deyil.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm