İngiltərə Avroviziyada İspaniyanı dəstəkləyəcək?
Bizi izləyin

İdman

İngiltərə Avroviziyada İspaniyanı dəstəkləyəcək?

“Mançester Yunayted”in bütün heyəti və fanat qrupları, yəqin ki, Avroviziya müsabiqəsində İspaniyaya səs verəcəklər.

Publika.az xəbər verir ki, mayda Avstriyada düzənlənəcək mahnı müsabiqəsində Pireney ölkəsini “qırmızı şeytanlar”ın qapıçısı David De Xeanın sevgilisi Edurna Qarsiya təmsil edəcək. O, mayın 23-də “Amanecer” (Sübh çağı) mahnısını ifa edəcək.

29 yaşlı Edurna ilə Devidin münasibətləri 2010-cu ildən başlayıb. Bu xəbərə çox sevinən qapıçının rəfiqəsi hisslərini belə bölüşüb: “David mənə görə çox xoşbəxtdir. Ailəm və dostlarım da bu xəbərə çox sevindi”.

David De Xea da “Tvitter”də bununla bağlı qısa və maraqlı şərh yazıb:

“Çoxdan idi biz Avroviziyaya ən yaxşı nümayəndəmizi göndərə bilmirdik”.

Aygün İlqarqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm