İdman
Mahir Şükürov FİFA-ya üz tutdu
Mahir Şükürov FİFA-ya şikayət edib.
Komanda.az xəbər verir ki, millimizin üzvü çıxış etdiyi "Karşıyaka"nın ona olan borcunu ödəməməsinə görə belə bir addım atıb.
Mövsümün əvvəlindən Türkiyənin 1-ci liqa klubunda çıxış edən Mahirin 55000 dollara yaxın alacağı olsa da, "Karşıyaka" bunu ödəməyə tələsmir. "Karşıyaka" qısa müddətdə həmin pulu futbolçuya ödəməsə, Mahir artıq sabahdan etibarən azad agent statusu ala biləcək.
"Karşıyaka" pul məsələsinə görə iki aparıcı futbolçusunu - Çikelube Ofoedu və Emir Birkanı itirib.
Türkiyənin 1-ci liqasında növbəti turun oyunları gələn həftə start götürəcək. Mahir "Karşıyaka" formasıyla cari mövsümdə 12 oyuna çıxıb və 1 qol vurub.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO