Faciə qurbanları Antalyada anıldı
Bizi izləyin

İdman

Faciə qurbanları Antalyada anıldı

Türkiyənin Antalya şəhərində Azərbaycan milli komandasının və U-21 yığmamızın məşqçilər korpusu, həmçinin AFFA-nın Məşqçilər Komitəsinin üzvləri 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar görüş keçirib.

Millimizin məşqçiləri və Məşqçilər Komitəsi faciə qurbanlarını yad edib.

Toplantıda əvvəlcə Azərbaycan respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov və komitənin üzvü Ağasəlim Mircavadov çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda törətdiyi qətliamın insanlığa qarşı cinayət olduğunu bildiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm