İdman
“Bavariya”ya ardıcıl ikinci zərbə
Almaniya Bundesliqasında 19-cu tura start verilib. Dünən 4 oyun keçirilib.
Publika.az xəbər verir ki, ikinci dövrəyə məğlubiyyətlə başlayan “Bavariya” yenə xal itkisiylə üzləşib. “Volfsburq”a böyük hesabla uduzan (1:4) çempionun hirsini “Şalke”dən çıxacağı gözlənilsə də, oyunun gedişi planları dəyişib. Boatenqin 18-ci dəqiqədə meydandan qovulması qonaqların işini yüngülləşdirib. Düzdür, Çupo-Motinq penaltidən yararlana bilməyib. Meydan sahibləri ikinci hissədə hesabı açsa da, cəmi 5 dəqiqə sonra “status-kvo” bərpa olunub. Qalan dəqiqələrdə Pep Qvardiolanın yetirmələri nə qədər çalışsa da, say azlığı özünü göstərib.
Beləliklə, “Bavariya” cari mövsümdə “Alyans Arena”da ilk xal itkisiylə barışıb. Dünən keçirilən oyunlarda ən populyar hesab 1:1 olub. 4 qarşılaşmadan üçündə eyni hesab qeydə alınıb. Yalnız Münhenqladbax “Borussiya”sı “Frayburq” üzərində minimal hesablı qələbəyə sevinib. Turun qalan oyunları bu axşam keçiriləcək.
Almaniya Bundesliqa, 19-cu tur
3 fevral
Borussiya M - Frayburq 1:0
Herrmann, 23.
Bavariya - Şalke 1:1
Robben, 67 - Hovedes, 72.
Ayntraxt - Volfsburq 1:1
Ayqner, 57 - De Bruyne, 88.
Hannover - Maynts 1:1
Briad, 26 - Soto, 77.
4 fevral
23:00 Borussiya D - Auqsburq
23:00 Herta - Bayer
23:00 Hoffenhaym - Verder
23:00 Köln - Ştuttqart
23:00 Paderborn - Hamburq
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?