Məşhurların doğuldugu gün - 5 fevral
Bizi izləyin

İdman

Məşhurların doğuldugu gün - 5 fevral

Aleksandr Dümanın “Qrafinya de Monsoro” romanında Qoranflonun qardaşı necə demişdi? “Qardaşlar, bu gün gözəl - inam üçün çox gözəl bir gündür”.

Bu gün dünya futbolu üçün doğrudan da çox gözəl bir gündür.

Publika.az xəbər verir ki, planetin bir çox ulduzları məhz fevralın 5-də dünyaya gəlib. “Real”ın ulduzu Kriştiano Ronaldonun bu gün 30 yaşını qeyd etdiyi barədə məlumat vermişdik. İndi isə gəlin, digər məşhurları da təbrik edək.

67 il əvvəl İsveçin Tursbyu şəhərində Sven-Yoran Eriksson dünyaya gəlib. O Eriksson ki, 3 Avropa kubokuna sahib olub. 5 fevral 1965-ci ildə, yəni 50 il bundan əvvəl “Karpat Maradonası” Georgi Hacının həyat yolu başlayıb.

80 və 90-cı illərin 5 fevralında isə azarkeşlərə Rodriqo Palasio, Karlos Teves, Vedran Çorluka, Neymar və nəhayət, Adnan Yanuzay kimi ulduzlar bəxş olunub. Hə, az qala fevralın 5-də dünyaya gələn ulduzlardan rəmzi yığma tərtib etmək olar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm