Ən bahalı oyunçu əvəzedici heyətdə
Bizi izləyin

İdman

Ən bahalı oyunçu əvəzedici heyətdə

Qurban Qurbanov Danilo Diası əvəzedici komandaya göndərib.

Publika.az хəbər verir ki, braziliyalı futbolçu bu gün XX turun "Bakı" ilə oyununun iştirakçısı olub.

"Qarabağ" 3:0 hesablı qələbə qazandığı oyunda Dias start heyətində yer alıb. O, 43-cü dəqiqədə penaltini dəqiq yerinə yetirərək komandasının ikinci qolunu vurub.

Qeyd edək ki, "Transfermarkt"ın hesablamalarına görə, Dias Premyer Liqanın ən dəyərli futbolçusudu - 2,5 milyon avro.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm